`Azərbaycanın dərdi bizim dərdimizdir` – Binəli Yıldırım


18:49     28 Fevral 2017 binali.jpg

“Azərbaycanın dərdi bizim dərdimizdir, sevinci bizim sevincimizdir”.

Femida.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının iclası zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür.

“Qardaş Azərbaycanın şəhid olan 5 əsgərinə rəhmət diləyirəm. Azərbaycan xalqının kədərini bölüşürük. Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır. Bu məsələdə Azərbaycan torpaqları erməni separçıları tərəfindən işğal edilib və bu problem bu günə qədər öz həllini tapmayıb. Azərbaycanın dərdi - Türkiyənin dərdidir, Azərbaycanın xoşbəxtliyi – Türkiyənin xoşbəxtliyidir. Bir daha vurğulamaq istəyirəm ki, bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır”.

Femida.az

Açar sözlər:

Oxunub: 995